Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri keçirilib - VİDEO

QARABAĞ 23 okt 2022, 21:14 104
Azərbaycan xalqı hər zaman şəhidlərinin xatirəsinin uca tutub. 
Sosial.tv
Müdafiə Nazirliyindən əldə etdiyi məlumata əsasən vətənimizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan İlqar Vəliyev, Orxan Qəhrəmanov,  Fərid Mehbalı, Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidov və Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun xatirəsinə həsr olunan anım mərasimləri keçirilib.
Müdafiə Nazirliyinin rəhbər heyəti, ictimaiyyətin nümayəndələri, rayon icra hakimiyyətlərinin əməkdaşları, şəhidlərin ailə üzvləri və yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirlərdə şəhidlərimizin məzarları üzərinə əklillər qoyulub, tər çiçəklər düzülüb və ruhlarına dualar oxunub.
Çıxış edənlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi qələbədən, bu zəfərin qazanılmasında igid oğullarımızın göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrindən söz açıblar, şəhidlərimizin şərəfli ömür və döyüş yolundan danışıblar.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin uca tutulduğuna görə Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top