Yad planetdən gələn yaşıl adamlar – “Bunu dünyadan gizlədirlər, amma...”

DÜNYA 25 apr 2024, 21:28 1924

ABŞ hökuməti naməlum uçan obyektlər (UFO) haqda məlumatları gizlədir. Ağ Ev bu sahədə tədqiqatlara on milyonlarla dollar xərcləyir. 
Teleqraf.com xəbər verir ki, bunu amerikalı konqresmen Tim Burçett deyib.
“Məncə, hakimiyyət nəyisə gizlədir. Demək istədiyim odur ki, hər şeyi yarımçıq dərc edirlər. Bu, bir qrup və ya bir federal agentliyin nəyinsə mövcud olduğunu söylədiyi, sonra başqa bir federal agentliyin olmadığını dediyi ört-basdır məsələsidir”, - konqresmen bildirib.
Onun sözlərinə görə, ABŞ hökuməti mövcud olmadığını iddia etdiyi şeylərə on milyonlarla dollar xərcləyir. Burçett əlavə edib ki, söhbət “balaca yaşıl adamlar və ya uçan boşqablar”dan yox, ABŞ hakimiyyətinin böyük xərclərindən gedir.
“Əgər UFO-lar yoxdursa, niyə tədqiqatlara milyonlarla dollar xərcləyirsiniz? Bəs niyə sənədləri məxfilikdən çıxarmayaq?”, - siyasətçi bildirib.
Onun iddiasına görə, administrasiya rəsmiləri keçən həftə ona və Konqresin bir neçə digər üzvünə UFO-larla bağlı gizli brifinq keçirib. Eyni zamanda, Burçett konqresmenlərin yeni heç nə öyrənmədiklərini qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top