"İgidlərin sözü” adlı antologiyanın təqdimat mərasi keçirilib

QARABAĞ 12 noy 2022, 19:41 117
  Sosial.tv Mədəniyyət Nazirliyindən əldə etdiyi məlumata əsasən, beynəlxalq Muğam Mərkəzində “İgidlərin sözü”adlı antologiyanın ictimaiyyət üçün geniş təqdimatı keçirilib. 

Layihəinin müəllifi və rəhbəri şairə Nigar Həsənzadənin sözlərinə görə kitabının ilk təqdimatı bu ilin yay ayında Şuşada Vaqif Poeziya günlərində olub.

Qeyd edilib ki, tədbirin əsas məqsədi 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirmək və onların rəşadət və şücaətini gələcək nəsillərə ötürməkdir.
Təqdimatda  Milli Məclisin deputatları Qənirə Paşayeva, Ceyhun Məmmədov, “YAŞAT” fondunun sədri Elvin Hüseynov, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Vətən müharibəsi iştirakçıları, “Şəhid analarına dəstək” İctimai Birliyininin üzvləri, şəhid ailələri və övladları, Azərbaycan mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. 
Azərbaycan himni səsləndirildikdən sonra, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. 

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən uğrunda döyüşən qəhrəmanlarımızın sözü və əməlinin bir olduğunu qeyd edib. Qanları ilə tarix yazan igidlərin, həm də tarixdə qalacaq sözlərinin bir kitabda şeir kimi toplanmasını alqışladığını deyib. O bu gün Azərbaycanın dünyadakı nüfuzundan danışaraq, prezident İlham Əliyevin apardığı siyasətdən, şəhid və qazi ailələrinə göstərdiyi diqqətdən, danışıb.
 “İgidlərin Sözü” kitabının tərtibatçısı və redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Aida Eyvazlı Göytürk öz çıxışında bildirib ki, bu kitab asan başa gəlməyib.
"Redaktoru olduğum “İgidlərin SÖZÜ” antalogiyasında söz-söz, sətir-sətir yandım, qovruldum, bənd-bənd dirçəldim, bütövləşdim. Vətən kimi bütövləşdim! Bu SÖZ-ləri yazan İgidilərin hər biri Vətəndir! Türk dünyasının savaş igidlərinin yaradıcılığından bəhs edən ilk qaranquşudur, ilk antalogiyadır".
Daha sonra kitabda şerləri işıq üzü görən Vətən müharibəsi iştirakçıları öz şerlərini səsləndiriblər.
"Bugünkü gün adi günlərə bənzəmədi. İnanırıq ki, məclisimizə dəvət etdiyimiz şəhid anaları, şəhid övladları, sözü böyük olan qazilərimizin yaxınları, doğmaları bu günü, onlara yaşatdığımız bu gözəl və həzin, bir az sevinc və kədər qarışıq anları ən əziz xatirə kimi, ən şirin söz kimi hər zaman yaddaşlarında saxlayacaqlar. Necə ki, biz bu böyük Zəfəri yazanları unutmuruq, onların Sözlərini də heç vaxt unutmaq olmaz. Çünki o Söz İgidlərin sözüdür!"- deyə sonda “Söz” və “İgidlərin Sözü” layihələrin müəllifi və rəhbəri şairə Nigar Həsənzadə bildirib. 


 
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top