Yüksək vəzifəli qadın rüşvətə görə saxlandı: 150 milyon... - FOTO

DÜNYA 25 apr 2024, 11:38 333

Moskva vilayəti sədrinin keçmiş birinci müavini Svetlana Striqunkova saxlanılıb.
Musavat.com
 bu barədə Rusiya mediasına istinadən xəbər verir.
Bildirilir ki, Moskvada saxlanan məmur 150 milyon rubl rüşvət almaqda ittiham edilir.
Rusiya Federasiyasının İstintaq Komitəsinin məlumatına görə, Striqunkovanın villasında aparılan axtarışlar zamanı külli miqdarda nağd pul və çox sayda bahalı əşya götürülüb.
TASS agentliyinin Rusiyanın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata əsasən, hazırda rüşvət verən şəxsin kimliyi müəyyənləşdirilir.

Musavat.com


DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top