Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılışı olub - VİDEO

MƏDƏNİYYƏT 25 apr 2024, 00:07 134
Aprelin 24-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib. 
Sosial.tv xəbər verir ki, qonaqlar əvvəlcə Heydər Əliyev Mərkəzində Qırğızıstanın dekorativ-tətbiqi və təsviri sənət ustalarının əsərlərindən ibarət sərgi, geyim kolleksiyası və milli mətbəx nümunələri ilə tanış olublar.
Mərasimdə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, 
Qırğız Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov çıxış ediblər. 
Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olunub. Qırğızıstan ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb. 
Açılış mərasimində rəsmi şəxslər, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər. 
Qırğız Mədəniyyəti Günləri aprelin 26-da başa çatacaq.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top