
Sosial.tv-nin verdiyi xəbərə görə, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Qarabağda gedən quruculuq işləri ilə bağlı görüntülər paylaşıb. Kadrlarda Füzulidən Şuşaya gedən yolun tikinti işləri əks olunub.
Eyni zamanda tviter hesabında diplomat görülən işlərdə Azərbaycan və Türkiyə şirkətlərinin əl-ələ verib fəaliyyət göstərməsini alqışlayıb.
“Mühəndislik və təcrübələri ilə möcüzələr yaradırlar”, - deyə səfir görülən işlərlə bağlı heyrətini gizlədə bilməyib.
twitter