"Yuxarı Gövhərağa məscidi” adlı sənədli filmin nümayişi keçiriləcək

QARABAĞ 22 noy 2022, 15:00 211
 Sosial.tv Mədəniyyət Nazirliyindən əldə etdiyi məlumata əsasən, "Yuxarı Gövhərağa məscidi” adlı sənədli filmin nümayişi keçiriləcək.
 Ssenari müəllifi AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılov, rejissoru kinematoqrafçı Amil Amaldır.
 "İşğal dövründə Şuşanın maddi-mədəni irsinə vurulmuş zərərin araşdırılması” layihəsi çərçivəsində hazırlanan filmdə erməni cinayətlərindən bəhs edilib. 
Qeyd edilib ki, layihə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsi üzrə hazırlanıb.
Xatırladaq ki, Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Yuxarı Gövhərağa məscidinə həsr olunmuş sənədli filmin təqdimat mərasimi
23 noyabr 2022-ci il tarixində saat 15:00-da Yasamal Rayon Heydər Əliyev Mərkəzində  keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
20 aprel 01:23
Top