"Artıq şəxsiyyət vəsiqəmi çıxaranda utanmıram"-VİDEO

QARABAĞ 14 noy 2022, 13:53 142
 Sosial.tv-nin məlumatına əsasən, Baku TV Zəngilan rayonunun Ağalı kəndində sakinlərin bir gününü lentə alıb.
Doğma yurd-yuvalarına qayıdan Ağalı sakinləri burada günlərinin necə keçdiyindən danışıblar.
65 yaşlı Rahilə Almuradovanın kənddən gedəndə 35 yaşı olub. 27 il yataqxana şəraitində dörd övlad böyütdüyünü deyən Ağalı sakini öz torpağına qayıtmağın, burada təsərrüfat işləri ilə məşğul olmağın sevincini yaşayır.
30 il sonra Ağalıda coğrafiya müəllimi kimi fəaliyyətə başlayan Sahil Aslanlı isə burada olmaqdan qürur hissi keçirdiyini qeyd edib.
“Uşaqlardan bəziləri deyirlər ki, artıq şəxsiyyət vəsiqəmi çıxaranda utanmıram. Çünki Sumqayıtda yaşayanda Zəngilan qeydiyyatında idilər. İndi isə Zəngilanın öz kəndində yaşayırlar”, - deyə müəllim əlavə edib.
Kənddə dərzi kimi çalışan Minə Mirzəyeva Ağalı sakinlərinin bütün ehtiyaclarının təmin olunduğunu bildirib.
“30 il Bakıda yaşasaq da, sanki kiminsə evində qonaq idik. Amma bu gün öz evimizdəyik”, - deyə o qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top