Pentaqon ATACMS raketlərinin Kiyevə verildiyini təsdiqləyib

DÜNYA 25 apr 2024, 10:33 270
Sosial.tv xarici mətbuata istinadla xəbər verir ki, ABŞ Müdafiə Nazirliyi (Pentaqon) ATACMS taktiki raketlərinin aprel ayında məxfi şəkildə Ukraynaya çatdırıldığını təsdiqləyib.
Pentaqon rəsmisinin Sputnik-ə verdiyi məlumata görə, qurum məxfi şəkildə ATACMS taktiki raketlərini “suveren Ukrayna ərazisində” istifadə etmək üçün Kiyev rejiminə təhvil verib.
“Mən təsdiq edə bilərəm ki, Birləşmiş Ştatlar Ukraynaya uzun mənzilli ATACMS tədarük edib”, - deyə rəsmi bildirib: "O (ABŞ prezidenti Co Bayden) fevral ayında bunu elan etmədən öz milli təhlükəsizlik komandasına Ukraynanın suveren ərazisində istifadə etmək üçün ATACMS göndərməyi tapşırıb".
Sözügedən raketlərin mart ayında elan olunan və aprel ayında Ukraynaya təhvil verilən hərbi yardım paketinə daxil olduğuna diqqət çəkən Pentaqon rəsmisi, Kiyevin tələbi ilə çatdırılma ilə bağlı məlumatın açıqlanmadığını qeyd edib.
“Politico” qəzeti bir müddət əvvəl ABŞ-ın sözügedən raketləri mart ayında Ukraynaya çatdırdığını və Ukrayna ordusunun Rusiya ərazisinə hücumlar üçün iki dəfə ATACMS taktiki raketlərindən istifadə etdiyini yazmışdı.
Rusiya Müdafiə Nazirliyi keçən həftə Rusiya ordusunun Qara dəniz üzərində 3 ATACMS raketini ələ keçirdiyini açıqlayıb.
Sosial.tv
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top