TƏCİLİ! HƏMAS İstanbuldan dünyaya ELAN ETDİ: Silahları yerə qoyacağıq, amma...

DÜNYA 25 apr 2024, 11:57 320

İsraillə beş il və ya daha uzun müddətə atəşkəs barədə danışıqlara hazırıq və əvvəlcə müstəqil Fələstin dövləti yaradılarsa, HƏMAS silahlarını yerə qoyacaq və siyasi partiyaya çevriləcək.
Musavat.com 
xəbər verir ki, bu sözləri HƏMAS-ın yüksək səviyyəli siyasi rəsmisi Xəlil əl-Həyya Associated Press-ə (AP) açıqlamasında bildirib.
Onun verdiyi şərh aylardır davam edən atəşkəs danışıqlarının çıxılmaz vəziyyətə düşdüyü bir vaxta təsadüf edib.
İstanbulda AP-yə danışan Əl-Həyya bildirib ki, HƏMAS Qəzza və İordan çayının qərb sahili üçün vahid hökumət yaratmaq məqsədilə rəqib Fəth qrupunun rəhbərlik etdiyi Fələstin Azadlıq Təşkilatına qoşulmaq istəyir.
Onun sözlərinə görə, İsrail 1967-ci ildən əvvəlki sərhədləri boyunca "İordan çayının qərb sahilində və Qəzza zolağında tam suveren Fələstin dövlətini və beynəlxalq qərarlara uyğun olaraq fələstinli qaçqınların geri qaytarılmasını" qəbul edəcək.
Əl-Həyyə belə bir vəziyyətdə qrupun hərbi qanadının dağılacağını bildirib.

Musavat.com 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top