Zənginlərin sayı azalıb

BANK 11 noy 2022, 10:22 158
  TASS xəbər agentliyinin verdiyi məlumata görə dünyada çox varlı insanların sayı azalıb.
Bu barədə Nyu-Yorkda yerləşən “Wealth-X” mərkəzi araşdırma aparıb.
Onların hesabatına görə, sərvəti 30 milyon dollar və ya daha çox olan insanların sayı 2018-ci ildən bəri ilk dəfə 6% azalıb.
Hazırda belə şəxslərin sayı 392 410 nəfərdir.
Azalmanın təsir etmədiyi yeganə ölkə Çindir. Belə ki, burada zənginlərin sayı 2,3% artıb.
Analitiklərin fikrincə, belə dəyişikliklərin səbəbləri arasında Ukraynadakı münaqişənin yaratdığı iqtisadi sarsıntılar var. Onlar həmçinin qeyd edirlər ki, son illərin tarixi maksimumlarından sonra ən zəngin insanların ümumi sərvəti 11% azalaraq 41,8 trilyon dollara çatıb.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top