Azərbaycanda açıq bankçılığın tətbiqinə hazırlıq gedir

BANK 08 dek 2021, 15:12 393

Hazırda açıq bankçılıq aktual məsələlərdən biridir. Əksər mərkəzi banklar açıq bankçılıq üzrə yanaşmanı dəstəkləyir. Azərbaycan Mərkəzi Bankı (AMB) da bu istiqamətdə beynəlxalq təcrübəni öyrənir və müvafiq yol xəritəsi işləyib-hazırlayıb”.

“sosial.tv” xəbər verir ki, bunu Bakıda keçirilən “Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda 5-ci Beynəlxalq Bankçılıq Forumunda AMB-nin baş direktoru Fərid Osmanov deyib.

“Bizim hazırladığımız “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi məhz açıq bankçılıq prinsiplərini dəstəkləyir. Bununla bağlı texniki təhlükəsizlik standartlarının hazırlanması növbəti ilə planlaşdırılıb”, - deyə o, qeyd edib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top