"Banklarımız kapital bazarında xidmətlər göstərəcək"

BANK 14 noy 2022, 12:18 161
 Azərbaycanda banklar investisiya xidmətləri göstərə biləcəklər.
Bunu “APA-Economics”ə Azərbaycan Mərkəzi Bankının Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət departamentinin direktor müavini Samir İsmayılov deyib.
O bildirib ki, maliyyə vasitəçiliyinin təkmilləşdirilməsi üçün bankların kapital bazarında iştirakı nəzərdə tutulur:
“Banklar da artıq kapital bazarında xidmətlər göstərə biləcəklər. Bu isə regionlarda həm emitentlərin, həm investorların kapital bazarında iştirakını daha da genişləndirəcək. Bu istiqamətdə aktiv işlər aparılır”.
S.İsmayılov əlavə edib ki, bankların göstərəcəyi investisiya xidmətlərinin dairəsi isə AMB İdarə Heyətinin qərarı ilə təsdiq ediləcək.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top