Tanrı heç kimi bütövlükdə Mir Şahinə sevdirməsin... Bütövlükdə!

KÖŞƏ 30 yan 2024, 23:09 90
Bu günlərdə Mir Şahin Ağayevin yenicə vəfat etmiş yazıçı Çingiz Hüseynovla bağlı bir məktəbli inşası səviyyəsində (həm də məktəbli “cığallığında”!) və bir az da qeyri-etik olan “qara eynəkli” bir yazısı qarşıma çıxdı...

Yazını oxuduqca istedad adına üzü Tanrıya sarı olduqca sarsıldım. Sarsıldım və eləcə pıçıldadım: “Yenə “özgə” barmağındakı “çaxmağın” çəkildi, insan oğlu...”

Təbii ki, ANS-in yox, “Real”(lığ)-ın Mir Şahininə o yazını yazdıran istedad deyildi,.. daxilindəki “güllələnmiş” xarakter, “istismar” olunmuş mövqe “diqtəsi” və bir parça “yolsuzluq” idi.

Gətirdiyi bütün “arqumentlərdə” bir az pafosa, bir az məntiqsizliyə... bir az da qeyri-ciddiliyə, bayağılığa (hətta bəlkə də yarınmağa!) söykənən Mir Şahin bilməli idi ki, (heç şübhəsiz ki, bilir!) harada yaşamasından asılı olmayaraq sənətkarın sənət üfüqlərində, ruhsal, idraki qatda, ədəbiyyat qarşısında bir ilahi missiyası var – SƏNƏTi yaratmaq, boyaları hərəkətə gətirmək, öz fəlsəfəsindən çıxış etmək...

Heç şəxs kimi də Çingiz Hüseynov Mir Şahin həzrətlərindən fərqli olaraq bu illər ərzində öz "oxundan" çıxmadı...

...və Mir Şahin bilməlidir ki, Çingiz Hüseynov(lar) o zaman “Məmiş” ə çevrilərdi ki, Tanrı güzgüyə baxanda Mir Şahin(lər)i görərdi. Bu isə... “ağ rəngin” intihar etməsi ilə sonlanardı.

Çingiz Hüseynov “Məhəmməd, Məmməd, Məmiş”dən “Fətəli fəthi”nə qədər... öz istedadının, düşüncə azadlığının və şəxs olaraq “onurğa sınmazlığının” fərqində olan, “diriliyinin” fəzasında dayanan İMZA idi, İNSAN idi.

Elə məhz Mir Şahinin də “barışmazlığı” pərdəarxası olaraq ÇİNGİZ AZIĞIndan, ÇİNGİZ DİRİLİYİndən qaynaqlanır...

Tanrı heç kimi bütövlükdə Mir Şahinə sevdirməsin... Bütövlükdə!

Emil Rasimoğlu
gənc yazar

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top