Avropanı bağa, dünyanın qalan hissəsini isə meşəyə bənzədən Aİ-nin ali nümayəndəsi Borrelə qarşı reaksiya artıb

KÖŞƏ 17 okt 2022, 16:58 104
Sosial.tv "Anadolu Agentliyi"nə istinadən bildirir ki, Avropa ittifaqının Diplomatiya Akademiyasının açılışında çıxış edən Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell diqqətəlayiq bənzətmədən istifadə edərək bildirib ki: "Aİ dünya ilə daha çox məşğul olmalıdır”.
 Bunun üzərinə sosial mediada bir çox istifadəçi Borrelin “məsum görünən” açıqlamalarının əslində onun “irqçi və müstəmləkəçi” məntiqini ortaya qoyduğunu iddia edib.
  Yazılarda “Ritorikanın arxasında güclü müstəmləkəçi və irqçi çalar var”; “Bu ağ irqçi” Qərbin rifahının “meşə”nin vəhşicəsinə istismar yolu ilə yaradıldığını görməzdən gəlir”;   “Günahsız görünən bu şərhlər "Cəngəllikdə" ədalətsiz, irqçi və müstəmləkəçi kimi görünür";  "Qərblilər afrikalılar və asiyalılar haqqında belə düşünürlər. Onlar bizim cəngəllik heyvanları olduğumuzu düşünürlər" və.s şərhlər edilib. 
  Borrell çıxışında bunları qeyd etdi:
  "Avropa bir bağdır. Biz bir bağ tikmişik. Hər şey işləyir. Bu, bəşəriyyətin qura biləcəyi siyasi azadlığın, iqtisadi rifahın və sosial birliyin ən yaxşı birləşməsidir. Dünyanın qalan hissəsi isə bağ yox daha çox meşədir və meşə bağı işğal edir." Bağbanlar ona qulluq etməlidirlər, ancaq divarlar tikməklə bağı qoruya bilməzlər. Gözəl kiçik bir bağçanın divarlarını örtmək, meşənin içəriyə yayılmasının qarşısını almaq üçün həll yolu olmayacaq. Çünki meşə güclü böyümə qabiliyyətinə malikdir və divar heç vaxt bağı qorumaq üçün kifayət qədər yüksək olmayacaq. Bağbanlar meşəyə getməlidirlər. Ona görə də avropalılar dünyanın qalan hissəsi ilə daha çox məşğul olmalıdırlar. Əks halda qurulan bağ işğal ediləcək. Bəli, bu mənim ən vacib mesajımdır: biz dünyanın qalan hissəsi ilə daha çox məşğul olmalıyıq."
 Borrell eyni çıxışında Rusiya Ukraynaya məsələsinə toxunub: "İstənilən nüvə hücumu qarşısında Rusiya ordusu hərbi cavabını alacaq, məhv ediləcək".

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top