Itaewon hadisəsi: Cənubi Koreya polisi nəzarətin qeyri-adekvat olduğunu etiraf edib

KÖŞƏ 01 noy 2022, 11:58 153
   Sosial.tv BBC NEWS-a istinadən xəbər verir ki,  Cənubi Koreya da polis rəisi etiraf edib ki,  Hollouen zamanı baş verən faciə zamanı təhlükəsizliyə nəzarət qüvvələri işlərinə məsuliyyətsiz yanaşıb: "Hadisə zamanı kütləyə nəzarət "qeyri-adekvat" olub - rəsmilərin bunun qarşısını almaq üçün kifayət qədər iş görmədiklərini etiraf edirəm".

 Cənubi Koreya polis rəisi Yoon Hee-keun bu etirafın bizim üçün "məyusedici" olduğunu və baş verənlərə görə məsuliyyət hiss etdiyini söyləyib. O, tam araşdırma aparacağına söz verib.
Ölümlə nəticələnən insident nəticəsində 155 nəfər ölüb, 152 nəfər yaralanıb.
  Cənab Yoon bildirib ki, qəza baş verməzdən əvvəl polisə çoxsaylı zənglər gəlib, onları vəziyyətin ciddiliyi barədə xəbərdar ediblər, lakin onların cavab verməyib. Seul polisi Cənubi Koreyanın təcili yardım nömrəsinə ilk zəngin yerli vaxtla saat 18:34-də gəldiyini və növbəti üç saat yarım ərzində daha 10 zəng olduğunu bildirib.
  Polis rəisi bildirib ki, polis zəngləri aldıqdan sonra lazımi tədbirlərin görülüb-görülmədiyini və məmurların lazımi reaksiya verib-vermədiyini öyrənmək üçün "sürətli və ciddi intensiv araşdırma" aparacaq.
  Koreyada bir konqresmen isə  qeyd edib ki, rəsmi təşkilatçı olmadığı üçün polisə izdihamın idarə edilməsi və təhlükəsizliyin idarə edilməsi üçün heç bir xüsusi müraciət edilməyib.
Buna görədə hüquqi məsuliyyət tələb etmək mümkün deyil, çünki heç kim məsuliyyət daşımayıb.
 Deputatın sözlərinə qarşılıq verən Prezident Yoon Suk-yeol çərşənbə axşamı bildirib ki: 
 " doğrudur təşkilatçılıq yox dərəcəsində olub, lakin, tədbirin təşkilatçısının olub-olmaması ilə bağlı fikir yürütməkdənsə, hazırda insanların təhlükəsizliyi vacibdir və biz hərtərəfli tədbirlər görməliyik".
 Əlavə olaraq vurğulayıb ki,  gələcəkdə bu cür izdihamı idarə etmək üçün dronlardan və digər rəqəmsal imkanlardan istifadə etməliyik.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top