"Ermənistan tarixi yenidən araşdırmaqla özünə haqq qazandırmağa çalışır”

KÖŞƏ 24 okt 2022, 12:59 124
“Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması” məsələsi ilə bağlı tarix bir daha araşdırılıb. Sosial.tv məlumat verir ki, bu barədə “Ermənistanın səsi” qəzeti yazıb.
Bildirib ki, Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü qarşılıqlı olaraq tanıması nağılı ilk dəfə 2021-ci il noyabrın 23-də Nikol Paşinyan tərəfindən ictimai məkana atılıb. O, Facebook-da canlı yayım zamanı bəyan edib ki, “1991-ci ildə Ermənistan və Azərbaycan MDB-nin yaradılması prosesində iştirak edib və bəyannamə və dövlətlərarası saziş imzalamaqla onların ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar”. Son bir ildə həm Nikolun özü, həm də onun xuntasının üzvləri sübut təqdim etməkdən çəkinmədən bu fikri bir dəfədən çox təkrar ediblər.
  Üstəlik, mətbuatda yayılan xəbərlərə görə, oktyabrın 6-da Praqada Paşinyan-Əliyev görüşü zamanı “Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini bir daha təsdiqləyiblər ki, buna görə tərəflər vaxtilə bir-birinin ərazi bütövlüyünü tanıyıblar". Yəni faktlar əksini desə də, eyni şey ən yüksək səviyyədə təkrarlanır. Bunun Əliyevə nə üçün lazım olduğu başa düşüləndir, başqa bir məsələ Ermənistanın de-fakto rəhbərinin bununa həvəslə razı olmasıdır.
Qəzet eyni zamanda yazıb ki, keçmiş xarici işlər nazirinin müavini Şavarş Köçəryan “Pressinq” proqramında deyib: “bu arada Ermənistan rəhbərliyi birmənalı olaraq bu sənədi ən mühüm faktları və təfərrüatları üzə çıxarmağa belə cəhd etmədən Azərbaycanın ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınması kimi şərh edir. Paşinyan niyə bunu edir, məncə, hamıya aydındır: o, sübut etməyə çalışır ki, Artsaxın təslim olmasında günahkar deyil, çünki bu, 1991-ci ilin sonunda edilib. Onun özünümüdafiə ilə yanaşı, Azərbaycanın mənafeyini qorumaq kimi manyak istəyi də var. Ermənistanı işğal etmiş türkyönlü xuntanın anti-erməni siyasətinin tərkib hissəsi olan bu saxta tezisin geniş yayılması da bundan irəli gəlir.
 Digər tərəfdən, Paşinyanın Artsaxı Azərbaycanın bir hissəsi kimi nəzərdə tutan siyasəti siyasi mentoru Levon Ter-Petrosyandan miras alması heç kim üçün yeni xəbər deyil. Axı Alma-Ata müqaviləsini imzalayan Ter-Petrosyan olub və onun ANM partiyasının parlament çoxluğu onu ratifikasiya edib. Yalnız müxalifətin səyi nəticəsində yuxarıda qeyd olunan bənd protokola daxil edilib”.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top