"Erkən yaşlarda ürək-damar xəstəliklərinin sayı artıb"

KÖŞƏ 31 okt 2022, 09:37 133
Telefon asılılığı erkən yaşlarda ürək-damar xəstəliklərini cəlb edir.
 Bu fikirləri türk mütəxəssisi Dos. Dr. Gülay Yılmazer öz müsahibəsində deyib.
"Əvvəllər ürək-damar xəstəliyi riski ən azı 40-yaşlarında meydana gəlirdisə smartfon asılılığı ilə bu risk daha erkən yaşlarda özünü biruzə verməyə başlayıb”.
 Yılmazer Anadolu Agentliyinə (AA) verdiyi açıqlamada, bildirib ki, yeniyetməlik dövrü çox önəmlidir, çünki sağlam yeniyetməlik dövrü keçirən şəxs gələcəyin sağlam yetişkən insanı deməkdir. Dünyada sürətlə artan smartfon istifadəsinin xüsusilə yeniyetmələrdə fiziki və psixososial problemlərə səbəb ola biləcəyini diqqətə çatdırıb. 
Yılmazer valideynlərin uşaqlarını əyləndirmək üçün onların qarşısına smartfon qoymasının son dərəcə yanlış olduğunu, uşağın gələcəkdə telefon aludəçisi olmasına səbəb olacağını bildirib.
 Sıx telefon istifadəsinin zamanla asılılığa çevrildiyini vurğulayan Yılmazer, "Xüsusən də ailə, həmyaşıdlar, dostlar və müəllimlərlə əlaqələr smartfonla olması canlı hərəkət və ünsiyyətin azlığı özündə risk ehtiva edir.
Və bu telefon asılılığı, əhval pozğunluğu, depressiya, narahatlıq, özünəinamın aşağı olması, oturaq həyat tərzi (fiziki aktivlikli və ya aktiv olmayan həyat tərzi), piylənmə və onu müşayiət edən eşitmə və görmə pozğunluqlarına səbəb olur. Yeniyetmələr bizim üçün çox qiymətlidirlər. Yetkinliyə keçid dövründədirlər. Bu müddətdə onları zərərli vərdişlərdən nə qədər uzaq tuta bilsək, bir o qədər də özümüzə cəmiyyətə sağlam fərdlər yetişdirə bilərik.
 Bu problemləri yaşamamaq, sağlam fərd ola bilmək üçün onların valideynlər tərəfindən ictimai və idman fəaliyyətlərinə yönəldilməsi lazımdır və vacib məsələlərdən biridir"- deyə mütəxəssis söyləyib. 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top