4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

CƏMİYYƏT 27 apr 2024, 08:49 217

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 2024-cü ilin ötən dövründə 4 minə yaxın tənha ahıl və əlilliyi olan şəxsə evlərində (səyyar) sosial-məişət xidməti göstərilib.
Sosial.tv-yə Sosial Xidmətlər Agentliyindən daxil olan məlumata görə onlardan 3600-ə qədəri ahıl şəxslər, qalanları əlilliyi olan şəxslər olub.
Evdə (səyyar) sosial-məişət xidməti əmək qabiliyyətli qohumları və ya qanuni nümayəndələri ilə eyni yaşayış məntəqəsində yaşamayan və sosial xidmətə ehtiyacı olan tənha ahıllara, ahıl ər-arvadlara, əlilliyi olan şəxslərə göstərilir.
Agentliyin mütəxəssisləri tərəfindən 79 şəxs isə sosial-hüquqi xidmətlərlə təmin edilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top