"Real Madrid" Arda Gülər ​​ilə qalib gəldi

İDMAN 27 apr 2024, 11:43 150
İspaniya 1-ci Futbol Liqasının (La Liqa) 33-cü həftəsində lider Real Madrid səfərdə Sosyedadı Arda Gülərin qolu ilə 1-0 məğlub etməyi bacarıb.
Sosial.tv xəbər verir ki, Real Madriddə ilk mövsümünü keçirən, son 5 matçda forma geyə bilməyən və ilk dəfə La Liqa matçında ilk 11-də forma geyən Arda Gülər ​​29-cu dəqiqədə vurduğu qolla komandasına 3 xal qazandırıb.
Dani Karvahalın sağ cinahdan ötürməsindən sonra müdafiədə Zubeldiyanın səhvindən istifadə edən Arda gözəl zərbə ilə topu tora göndərib.
Arda martın 10-da Celta Viqo matçındakı qolundan sonra ​​Real Madriddə ilk qolu vurduğu zaman etdiyi kimi sağ əlini ürəyinə yaxınlaşdırıb sol şəhadət barmağını havaya qaldıraraq ikinci qolunu qeyd edib.
Matçın 15-ci dəqiqəsində hakimə etiraz etdiyi üçün sarı vərəqə alan Arda 68-ci dəqiqədə Vinisiusla əvəzlənib.
İspaniya mətbuatı “Madridin ən yaxşısı Arda Gülər​“, “Madridin gələcək vəd edən Türkü özünü göstərdi” kimi xəbər başlıqları ilə türk futbolçunu tərifləyiblər.
La Liqada 33-cü həftənin açılış matçında qalib gələrək çempionluğa iddiasını qoruyan Real Madrid xallarını 84-ə yüksəldib.
Hazırda Kral klubu ilə ən yaxın izləyicisi, hesabında 1 oyun az olan Barselona arasında 14 xal fərq var.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top