"Qarabağ" 1/8 finalda kimlə qarşılaşacaq? - POTENSİAL RƏQİBLƏR

İDMAN 23 fev 2024, 11:40 314
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

SOSİAL TV
xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində gerçəkləşəcək mərasimdə "Qarabağ"ın da rəqibi bəlli olacaq.
 
Qurban Qurbanovun başçılıq etdiyi kollektiv bu turnirdəki qrup birincilərindən biri ilə qarşılaşacaq.
 
Mümkün rəqiblər “Vest Hem”, “Brayton”, “Liverpul” (hamısı İngiltərə), “Reyncers” (Şotlandiya), “Atalanta” (İtaliya), “Vilyarreal” (İspaniya), “Slaviya” (Çexiya) və “Bayer 04”dür (Almaniya).
 
Rəqibin kimliyindən asılı olmayaraq, “Qarabağ” ilk oyunu evdə keçirəcək./ Sfera.az

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top