AFFA-nın yeni prezidenti kim olacaq? - Bu şəxsin adı çəkilir...

İDMAN 20 fev 2024, 14:47 215
Martın sonunda AFFA-nın növbəti hesabat-seçki konfransı keçiriləcək.
 
Gözlənilən budur ki, Rövnəq Abdullayev federasiya ilə vidalaşsın.
 
2008-ci ildən quruma rəhbərlik edən SOCAR-ın sabiq şefinin burada qalmaq ehtimalı artıq çox aşağıdır. AFFA İcraiyyə Komitəsinin Gəncədə toplantı keçirməsinə icazə ala bilməyən Abdullayevin bu postda saxlanılmasına ümidi yoxdur.
 
Halbuki daha 4 il AFFA-nın başında dayanmaqdan ötrü özünün ürəyi gedir. Son 1-2 ildə dayaqları hər mənada zəifləyən Rövnəq bəyin yerini kimin tutacağı çox böyük maraqla gözlənilir.
 
Abdullayev və yaxın çevrəsində da bunun müzakirəsi az getmir. O, yaxınları ilə söhbətində ad çəkib. Kimin? Ondan sonra SOCAR-ın prezidenti təyin edilən Rövşən Nəcəfin.
 
Bildirib ki, neft şirkətinin gənc rəhbərinin digər mümkün namizədlərlə müqayisədə federasiyanın başına gətirilmək şansı daha yüksəkdir. Axı R.Nəcəf eyni zamanda «Neftçi»nin Müşahidə Şurasının sədridir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top