Azad edilmiş ərazilərdə müxtəlif növ ağac əkini davam etdirilir

LAYİHƏ 28 okt 2022, 16:38 123
 Azad edilmiş ərazilərdə Şərq çinarı, Eldar şamı, sərv, dağdağan və akasiya ağaclarının əkilməsi nəzərdə tutulub. 
 Sosial.tv xəbər verir ki, bunu "Report"-a müsahibəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi "Yaşıllaşdırma və landşaft quruluşu" ASC-nin sədri Ramik Əşrafov deyib.
 Onun sözlərinə görə, hazırda qurumda 500 minə yaxın zeytun tingi var: "Onların bir hissəsi işğaldan azad edilmiş ərazilərdə yerli şəraitə uyğun əkilib və bundan sonra da mərhələli şəkildə əkiləcək. Azad edilmiş ərazilərdə təkcə zeytun deyil, Şərq çinarı, Eldar şamı, sərv, dağdağan və akasiya ağaclarının əkilməsi də nəzərdə tutulur. Füzuli Beynəlxalq Hava Limanının ətrafında ağac əkimi üçün 200 hektar sahə ayrılıb ki, bunun da təxminən 60 hektarlıq hissəsi, eyni zamanda Cəbrayıl rayonunun 25 hektar ərazisi əkin işləri üçün tam hazırlanıb. Oralarda yeni tingləri əkib yoxlamaq istəyirik".
 R.Əşrəfov bildirib ki, Zəngilanda 55 hektarda iynəyarpaqlı və enliyarpaqlı ağaclar əkilib: "Zeytun tingləri 2014-cü ilə qədər Türkiyə və İspaniyada gətirilirdi. Artıq həmin sortları özümüz istixanada yetişdiririk".

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top