Ucqar dağlıq rayonda məktəb tikilib

BÖLGƏ 17 noy 2022, 19:36 119
 Sosial.tv "Qafqazinfo.az" saytına istinadən bildirir ki, Astara rayonunun Diqo kəndində məktəb tikilir.
Qeyd edilib ki, bu ucqar kənd gündəmə cəmi bir maşın və bir mağazasının olması, orada 50 uşaq yaşamağına baxmayaraq, məktəb binasının yoxluğu ilə gəlmişdi. İndi sözügedən kənddə yeni məktəbin təməli qoyulub.
Xatırladılıb ki, Diqoya ən yaxın təhsil ocağı 5 kilometr uzaqda yerləşən Pəlikəş kəndindədir. Uşaqlar qar-yağış demədən, dağ yolları ilə həmin məktəbə getmək məcburiyyətində idilər. 
Təhsil Nazirliyinin Mətbuat xidmətindən rəsmi cavab olaraq bildirilib ki, Astara rayonunun Diqo kəndində 56 şagirdlik modul tipli məktəb quraşdırılır. Təhsil ocağının ilin sonuna qədər təhvil verilməsi gözlənilir. 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top