Ürəyimdə ağrı ilə yazıram - Vazgen Manukyanın Zatulinə məktubu

BÖLGƏ 18 apr 2024, 16:27 8643

Ermənistan Respublikasının birinci baş naziri olmuş, hazırda müxalifətdə olan Vazgen Manukyan öz Facebook səhifəsində Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini, erməni lobbisinin təsiri altında hər zaman Azərbaycan əleyhinə çıxışları ilə tanınan Konstantin Zatulinə açıq məktub yazıb. Erməni xisləti burada da özün göstərib. Manukyan Rusiya hərbi kontingentinin Azərbaycandan çıxmasında Rusiya hakimiyyətini ittiham etməkdən çəkinməyib.
Sosial.tv qeyd olunan informasiyanı təqdim edir:
"Hörmətli Konstantin Feodoroviç.
Rusiya silahlı qüvvələrinin Qarabağdan çıxarılması son nöqtəni “!”nın üzərinə qoyur.
Rusiyanın Ukrayna ilə problemlərini, hətta Ermənistan liderinin qeyri-adekvat insan olduğunu nəzərə alsaq, Rusiyanın 2020-ci ildən bu yana apardığı davranışlar, məncə, müttəfiq anlayışına uyğun gəlmir.
Ukraynadakı döyüşün necə bitməsindən asılı olmayaraq, Rusiya burada sizin üçün daha əhəmiyyətli müharibəni artıq itirdi, bütün dünya xalqlarına ittifaqınızın “etibarlılığını” nümayiş etdirdi, pantürkist hərəkata yol açdı və ruhlandırdı. Bu həm bizə, həm də Rusiyaya ziyandır. 
İlk domino artıq düşüb.
Mən ölkənizin əsl vətənpərvəri və Qarabağda baş verənlərin bütün nəticələrini anlayan Ermənistanın sadiq dostu olan Sizə ürəyimdəki ağrı ilə yazıram”.
Hörmətlə
Qarabağ Komitəsinin sədri,
Ermənistanın birinci baş naziri (1990-91),
Ermənistanın müdafiə naziri (1992-93),
Vazgen Manukyan".
Məktubdan da göründüyü kimi, sabiq erməni baş nazir Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsini Rusiyanın məğlubiyyəti kimi qiymətləndirir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top