Ermənistan müdafiə naziri və arvadı korrupsiyada ittiham olunub

BÖLGƏ 20 apr 2024, 23:16 155
Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komissiyasında müdafiə naziri Suren Papikyanın həyat yoldaşı Armine Muradyana qarşı inzibati xəta haqqında iş üzrə proses keçirilib.  
Prosesin başlanmasına əsas kimi onların toy mərasimindən hədiyyə olaraq aldığı 105 min ABŞ dolları ilə bağlı xəbər saytlarının məlumat yayması göstərilib.
Armine Muradyan toy mərasimindən əldə etdiyi 2 milyon 100 min dram, 17 min 700 ABŞ dolları, 2 min avro gəlir ilə bağlı məlumatları komissiyaya təqdim etməyib.
Suren Papikyan və Armine Muradyan ianələri nağd şəkildə aldıqdan sonra qalan pul vəsaitlərini bank hesablarına qoyublar. Komissiya bununla bağlı araşdırma aparıb ki, vəsaitlərin nağdlaşdırılması risk göstəricisi hesab olunur.
Yekunda Korrupsiyaya Qarşı Mübarizə Komissiyası bu iş üzrə komissiya üzvlərinin ümumi sayının səs çoxluğunun təmin olunmadığına görə qərar qəbul etməyib.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top