Şuşa Dövlət Musiqili Dram Teatrında “Zəfər Günü” qeyd edilib

MƏDƏNİYYƏT 10 noy 2022, 21:16 187
  "Zəfər Yolu” İB-in təşkilatçılığı ilə Şuşa Dövlət Musiqili Dram Teatrında “Zəfər Günü” ilə bağlı tədbir keçirilib.
Sosial.tv əldə etdiyi məlumata görə, tədbirin əvvəlində ənənəvi olaraq dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Şuşa Dövlət Musiqili Dram teatrının kollektivi “Dəmir Yumruq” əbədi-bədii kompozisiyası ilə çıxış edərək musiqi səsləndiriblər və arxa fonda Prezident İlham Əliyevin xalqa müraciət edərək işğaldan azad edilmiş ərazilərin xəbərini çatdırması göstərilib.
Şuşa Dövlət Musiqili Dram Teatrının baş inzibatçısı Yaşar Muradov tədbirdə çıxış edərək giriş mətnini səsləndirib və tədbirdə iştirak edənləri Zəfər bayramı münasibətilə təbrik edib.
Tədbirin ardınca “Zəfər Yolu” İB-in sədri, şair, publisist Pərvanə Abdullayeva çıxış edərək tədbirlə bağlı təəssüratlarını ifadə edib.
Vətən Müharibəsində şəhidlik zirvəsinə yüksələn bəzi hərbçilərimizin anaları çıxış ediblər və tədbirlə bağlı öz fikirlərini deyiblər.
Tədbirdə Vətən Müharibəsi iştirakçısı, Füzuli-Xocavənd istiqamətində gedən ağır döyüşlərdə bir ayağını itirmiş hərbçi Taleh Camalov da iştirak edib.
I Qarabağ müharibəsi iştirakçısı, müharibə qaziləri Nazim Hüseynov və Rüxsarə Bayramova keçdikləri döyüş yolundan bəhs edərək, zəfərin əldə edilməsindən məmnunluğunu bildiriblər, şəhidlərimizə rəhmət diləyib, qazilərimizə tezliklə şəfa arzulayıblar.
Hər zaman “Zəfər Yolu” İB-in tədbirlərinə dəstək göstərən, şəhid ailələrinə maddi-mənəvi dəstəyini əksik etməyən Rusiyanın Surqut şəhərində yaşayan həmyerlimiz, xeyriyyəçi Hikmət İbrahim oğlu Əliyevin təbrikləri çatdırılıb.  
"Zəfər Yolu" İB-in sədrinin birinci müavini Nizami Məmmədov, İB-in Şuşa nümayəndəliyinin rəhbəri İlqar Məmmədov, “Zəfər Yolu” İB-in şöbəsinin müdir müavini Hacıbala Əliyev, “Zəfər Yolu” İB-in könüllüsü Sevinc Bəxtiyar da Zəfər Günü ilə bağlı Azərbaycan xalqını təbrik edib, şəhid ailələrinə və qazilərinə ehtiram və hörmət etməyin mənəvi borc olduğunu diqqətə çatdırıblar.
Tədbirin davamında “Zəfər Yolu” İB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şahinoğlu çıxış edərək tədbirin keçirilməsində dəstəyi və əziyyəti olan hər kəsə təşəkkürünü bildirib.
"Zəfər Yolu" İB-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri, I Qarabağ müharibəsi iştirakçısı Maqsud Həşimovun qızı Leyla Həşimli də belə tədbirlərdə iştirakına görə məmnun olduğunu söyləyib.
Tədbirin sonunda “Zəfər Yolu” İB tərəfindən ehtiyatda olan polkovnik Faiq Tahirov, ehtiyatda olan polkovnik Hikmət Ağayev, “Demokratik Cəmiyyət və Qadın Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mehriban Abdullayeva, xeyriyyəçi Natəvan Şadlinskaya və bir qrup media nümayəndələrinə “Təşəkkürnamə”lər təqdim edilib.
Qeyd edək ki, “Dəmir Yumruq” ədəbi-bədii kompoziyasında xalq artisti Şükufə Musayeva, əməkdar artist Nazir Rüstəmov, əməkdar artist Teymur Məmmədov, Xanirə İsgəndərova, Rasəf Mehdiyev, Bahar Həmzəyeva, Emin Sevdiməliyev, Əlirza Kənani, Sabirə Abdullayeva iştirak ediblər. 
Kompoziyanın quruluşcu rejissoru Lalə Şirinova, quruluşçu rəssam Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, videomühəndis Vadim Kuskovdur. Teatrın direktoru Yadigar Muradov, baş rejissoru isə əməkdar artist Loğman Kərimovdur.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top