“Gələcəyin məşhurları” rubrikasının qonağı istedadlı gənc rəssam Aylin Musayeva oldu

MƏDƏNİYYƏT 22 apr 2024, 17:52 916
Beynəlxalq Qalereya, ART TV Azerbaijan və Sosial.tv-nin birgə layihəsi olan “Gələcəyin məşhurları” rubrikasının qonağı yeniyetmə rəssam Aylin Musayeva olub.
Musayeva Aylin Tofiq qızı Bakı şəhərində ziyalı ailəsində anadan olub. 132-134 saylı Təhsil Kompleksinin 8-ci sinif şagirdi olan Aylin ingilis, fransız və rus dillərini bilir. Həmçinin Tofiq Quliyev adına 11 illik musiqi məktəbində skripka ifaçılığı üzrə təhsil alır. Qara Qarayev adına orkestrın solisti kimi dəfələrlə müxtəlif konkurs və tədbirlərin iştirakçısı olub. 
Aylin uşaq vaxtından rəqs və gimnastika ilə məşğul olub. Binəqədi, Yasamal, Nərimanov və.s rayonlar üzrə müsabiqələrdə riyaziyyat,  fransız və ingilis dili fənlərin üzrə yer tutub. Rəsm üzrə müsabiqələrdə birincilik qazanıb. 
Aylinə gələcək fəaliyyətində uğurlar arzu edirik.
Daha ətraflı təqdim etdiyimiz videoda:
 



















































 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top