“Region gənclərinin bacarıqlarının artırılması” layihəsinə start verilir!

LAYİHƏ 26 okt 2022, 18:02 96
Sosial.tv Atıcılıq Federasiyasının məlumatına görə bildirir ki, layihə çərçivəsində region gənclərinin fərdi inkişafına dəstək vermək, gənclərlə iş sahəsinin prinsiplərini aşılamaq, sağlam düşüncəli, rəqabətədavamlı gənclər şəbəkəsinin formalaşdırılmasına nail olmaq məqsədilə 7 müxtəlif regionda təlimlərin keçirilməsi planlaşdırılır.
 
Gənclər və İdman Nazirliyinin dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən layihədə “Layihələrin yazılması və idarolunması”, “Gənclərlə işin prinsipləri”, “Gənclərlə iş sahəsində rəqəmsal biliklər”, “PR prinsipləri” və s. istiqamətlərdə təlimlər baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top