2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edilib

QARABAĞ 25 okt 2022, 08:42 102
Sosial.tv məlumat verir ki, tarixdə bu gün Qubadlı şəhəri işğaldan azad edilib.
Xatırladaq ki,  şəhər 1993 ilin 31 avqustunda Ermənistan Silahlı Qüvvələri tərəfindən zəbt edilib. Onun inzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.
2020-ci ildə ikinci Qarabağ müharibəsi zamanı Qubadlı uğrunda şiddətli döyüşlər gedib. Hər iki tərəf çoxlu itki verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Ermənistan ordusu şəhərin girəcəyində hərbi baza yaratmışdı. Ətraf yüksəkliklərdə erməni ordusu hərbi birləşmələri yerləşmişdi.
2020-ci il oktyabrın 25-də Qubadlı şəhəri işğaldan azad edildi.
Bununla yanaşı Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun şücaəti sayəsində Zəngilan, Cəbrayıllının da işğaldan azad edildiyi xəbər verildi.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top