Xudafərin körpüsünün işğalından azad edilməsi qeyd olunur

QARABAĞ 18 okt 2022, 07:38 60
Sosial.tv məlumat verir ki, 2020-ci ilin bu günün də Xudafərin körpüsü ilə yanaşı Cəbrayıl rayonunun daha iki yaşayış məntəqəsi - Hacılı kəndi və Hacı İsaqlı kəndi işğalçılardan azad edilib.
Təxminən səkkiz-doqquz yüz il əvvəl tikildiyi güman edilən Xudafərin körpüləri Araz çayının şimal və cənub sahillərini birləşdirirdi. Bu körpülər Azərbaycanın  Cəbrayıl rayonunun ərazisindədir. Vaxtı ilə İpək yolunun üzərində yerləşən körpülərdən biri on beş, digəri on bir aşırımlıdır.
Ermənistan silahlı birləşmələri tərəfindən 1993-də zəbt edilən ərazi artıq 2 ildir ki öz müstəqilliyi qazanıb. 
Tarixdə bu körpü Azərbaycan üçün Hindistandan başlayaraq Yaxın və Orta Şərq ölkələri, Rusiya və Qərbi Avropa ölkələri ilə iqtisadi və mədəni əlaqələrinin inkişafında böyük rol oynayıb. 
Azərbaycan memarlıq məktəbi üslubunda inşa olunmuş 11 tağlı Xudafərin körpüsü İran-Azərbaycan sərhədində, Araz çayı üzərində yerləşən XI-XII əsrlərə aid körpünün qalıqlarıdır. Körpü daşdan tikilmiş və yaxşı yonulmuş iri daş lövhələrlə üzlənib. Tədqiqatçılar onun XIII yüzildə, Elxanilərin (Hülakülər) hakimiyyəti illərində antik dövr körpüsünün qalıqları üzərində yenidən tikildiyi fikrindədirlər.  
Körpünün hazırda üç orta tağı salamat qalıb.
On beş tağlı hissəsi isə XIII əsrə aid edilir. Həmdullah Qəzvininin yazdığına görə, onu hicri təqvimi ilə on beşinci ildə (Miladi təqvimi ilə 639-cu il) Məhəmməd peyğəmbərin yaxın silahdaşı Bəkr ibn Abdullah tikdirib. Bişmiş kərpic və çay daşlarından tikilən körpü tağlarının dayaqları təbii özüllər - qayalar üzərində ucaldığından aşırımlar müxtəlif ölçülü və sərbəst düzümlüdür. 
Bu gün isə Xudafərin Qarabağda parlaq qələbələrə imza atan müzəffər Azərbaycan Ordusu tərəfindən işğalçılardan azad edilib.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 24-də və 2021-ci ilin iyunun 24-də imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Rayonun, o cümlədən Xudafərin körpüsünün işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirən on minlərlə hərbi qulluqçu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunub.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top