Bakıda müharibə mövzusunda sərginin açılışı olub

İNCƏSƏNƏT 13 okt 2022, 21:51 100
Bakıda “Müharibə dumanı” adlı sərginin açılışı olub.
Tədbir Bakı Höte-Mərkəzi tərəfindən Avropa İttifaqı Nümayəndəliyi ilə birgə maliyyələşdirilməsi sayəsində, “Kapellhaus”un dəstəyi və “Platformart”ın koordinasiyası ilə hazırlanıb.
Layihə Azərbaycan, Ukrayna, Qazaxıstan, Norveç, Nigeriya, Almaniyadan olan rəssamları bir araya gətirir. Onların əsərləri müharibəni bütövlükdə qiymətləndirməyə imkan verir, eyni zamanda onu sənətin simvolik dili ilə tamaşaçılara çatdırır.
Sərgidə nigeriyalı rəssam Karo Akpokiere, Azərbaycandan Orxan Hüseynov, Norveçdən Verena İssel və başqalarının rəsmləri nümayiş etdirilir.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top