"Azərbaycan Qadını" adlı sərgi keçirilib

İNCƏSƏNƏT 08 mar 2024, 12:22 119
Beynəlxalq Qalereyada Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı ilə birgə  “Azərbaycan Qadını" adlı sərgi keçirilib. Sərgini giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev 8 Mart - Beynəlxalq Qadınlar günü münasibətilə xanımları təbrik edib, şəxsi həyatlarında və işlərində uğurlar arzulayıb. Azərbaycan qadınının qədim zamanlardan bəri uğurlu fəaliyyətindən söz açaraq onların qürur, fəxr mənbəyi olduqlarını bildirib. Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovanın daim yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində, həmçinin sənətkarların öz əsərlərini nümayiş etdirmələri məqsədilə sərgilər təşkil etdiyini diqqətə çatdırıb.
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərgidə müxtəlif yaş qrupundan olan 100 nəfər rəssamın müxtəlif texnikalarda  əsərləri ilə iştirak etdiyini bildirdi. Sərgidə Azərbaycan Dövlət Pedeqoji Universitetin baş müəllimi Səmayə Rzayeva, Naibə Vəliyeva, Ofeliya Sarıyeva, Samirə Əliyeva, Sevinc Hacıyeva, Səyyar Əliyev, İdrak Novruzov, Asudə Vaxt Mərkəzinin müəllimi Fərəh Babayeva, RR Tədris Mərkəzinin müəllimi Həyat Şirvanova, ABC School və English For Kids tədris mərkəzinin müəllimi Arzu Məmişova, Cəbrayıl rayon Qovşudlu Kənd Orta məktəbin müəllimi Tofiqə Əliyeva, 28 nömrəli orta məktəbin müəllimi Səkinə Hüseynova, Erudit Tədris Mərkəzinin müəllimi Gövhər Məmmədova, Rüfanə Art Studionun rəhbəri Rüfanə Dünyamalıyeva, İnci Psixoloji və Tədris Mərkəzinin müəllimi Günel İsmayılova, Zabrat Tədris Mərkəzinin müəllimi Aytən İsayeva, Respublika Gənclər Mərkəzinin müəllimi Sevda İsayeva, Mehriban Art Studionun rəhbəri Mehriban Əliyeva, Humanitar Kollecin müəllimi Əsmər Azadi tələbələri ilə iştirak ediblər.
Sonda iştirakçılar Fəxri Fərmanla təltif olundular, xatirə fotoları çəkildi.
Qeyd edək ki, sərginin layihə rəhbəri və təşkilatçısı Aygün Əzizovadır.





DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top