Azərbaycan Milli Xalça Muzeyində “Martişor” bahar bayramı ənənələri

İNCƏSƏNƏT 09 mar 2024, 21:53 146

Azərbaycan Milli Xalça Muzeyində Rumıniya və Moldova respublikalarının qədim tarixə malik milli Bahar Günü – Martişor bayramı qeyd edilib. Tədbirdə muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxış edərək baharı müjdələyən Martişor bayramı haqqında qonaqlara məlumat veriblər. Onlar oxşar adət-ənənələrə malik Martişor və Novruz bayramlarının ölkələrimizə uğur, səadət, sevinc gətirəcəyinə inandıqlarını bildiriblər. Səfirlər Martişor bayramının xalqların növbəti illə bağlı ümidlərini əks etdirdiyini, onun minilliklər boyu böyük həvəs və sevgi ilə qeyd olunduğunu vurğulayıblar. Rumıniya səfirliyinin nümayəndəsi Nikoletta Zagura isə Martişor bayramı ilə bağlı ənənələr, onun simvolları Novruzla oxşar tərəfləri haqqında ətraflı danışıb. Azərbaycan Milli Xalça Muzeyi, Rumıniya və Moldovanın Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə “Röya” rəqs qrupunun ifasında Moldova milli rəqsi nümayiş etdirilib. Burada Martişor bayramının əsas simvolu sayılan qırmızı və ağ iplərdən qotazların, həmçinin Novruz bayramını simvolizə edən “Buta” suvenir xalçasının hazırlanması üzrə ustad dərsləri, interaktiv nağıl saatı keçirilib. Sonda bayram iştirakçıları üçün muzeyə ekskursiya təşkil olunub. 
Xüsusi müxbir: Aygün Oqtay

















DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top