Rauf Abdullayevin 85 illik yubileyi qeyd olunub

İNCƏSƏNƏT 28 okt 2022, 14:54 118
 Rauf Abdullayevin 85 illik yubileyi qeyd olunub
 Sosial.tv Mədəniyyət Nazirliyindən əldə etdiyi məlumata əsasən, cari ilin 28 oktyabr tarixində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, “Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenli, "Qızıl çinar" beynəlxalq mükafatı laureatı, Dövlət Mükafatı laureatı, dirijor Rauf Abdullayevlə görüşüb.
 Rauf Abdullayevi 85 illik yubileyi münasibətilə təbrik edən Anar Kərimov, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzulayıb. 
 Azərbaycan mədəniyyətində xüsusi yeri olan sənətkar, yeni layihələr və gənc nəslin musiqi zövqünün formalaşmasında həyata keçirilən tədbirlərdən, gənc və istedadlı musiqiçi nəslinin doğru istiqamətləndirilməsi yönündə aparılan işlərdən söhbət açıb.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top