"MƏŞHURLAR – rəssam Elanura Mənsimova"

İNCƏSƏNƏT 12 mar 2024, 09:28 69
"Türk millətinin tarixi xüsusiyyətlərindən biri də incəsənəti sevmək və o sahələrdə yüksəlməkdir".
Qazi Mustafa Kamal Atatürkün də dediyi kimi biz türklər incəsənəti sevən,  bu sahədə öz dəsti-xətti olan millətik.
Azərbaycan rəssamlığı da təbiəti kimi zəngin, dolğun və rəngarəngdir.
Elanura Mənsimova Tofiq qızı 1968-ci ildə fevral ayının 12-də qədim türk yurdu olan Qafan şəhərində anadan olub. Rəssam olmağında bu təkrarsız gözəl təbiətin və yurda məhəbbətin əsas təsiri olmuşdur. 1985-ci ildə 13 nömrəli orta 10 illik təhsilini başa vurduqdan sonra imtahanlardan uğurla keçib rəssamlıq təhsili almağa başlayıb.
1990-cı ildən dünya miqyasında tanınmış neçə-neçə insanların yaradıcılıq ocağı olan Y. Qaqarin adına Uşaq-Gənclər Yaradıcılıq Sarayında rəssam kimi fəaliyyətə başlayıb. Rəsam müəllim olaraq çox uzun illərdir ki, öz peşəsini vətən övladlarına sevə-sevə öyrədir. Onun rəhbərliyi altında minlərlə şagird və tələbələri ən yüksək nailiyyətlərlə sənətin adını yüksəklərdə saxlayırlar. Müəllimlik fəaliyyətilə bərabər yaradıcılığında da  öz dəsti-xəttilə müxtəlif əsərlər yaradıb.
2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının dəzgah qrafikası bölməsinin, 2023-cü ildən isə Beynəlxalq Qalereyanın üzvüdür.
2011-ci ildə Türkiyə Cümhuriyyətinin Ankara şəhərində Qazi Universitetinin Təsviri-sənət Qalereyasında ilk fərdi yaradıcılıq sərgisi açılıb. Sərgidə məqsəd Ulu öndər Atatürkün keçdiyi həyat yolu - Türkiyə Cümhuriyyətinə verdiyi töhfələri əsərlərinə köçürmək olub. Sərgidə 40-a yaxın rəsm əsəri sərgiləndi.
2022-ci il 8 Dekabr-Dünya Rəssamlar Günü ərəfəsində 2-ci fərdi yaradıcılıq sərgisi baş tutub. Sərgi 1 nömrəli UGİM-nin Təsviri Sənət Qalereyasında təşkil olunub. Tələbə və şagirdlərilə birlikdə əsərləri sərgiləndi.
2023-cü il 28 dekabrda Beynəlxalq Qalereyada 3-cü fərdi sərgisi keçirildi.
Əsərləri bir çox dövlətlərdə şəxsi kolleksiyalarda saxlanmaqdadır.
Beynəlxalq sərgilərə hazırladığı şagird və tələbələrim ən yüksək nəticələr göstərir.  Onların hər biri ölkəmizə qızıl, gümüş, bürünc medallar və kuboklar qazandırıblar.
2020-ci ildə müzəffər ordumuzun qəhrəmanlığı nəticəsində 30 illik həsrətdən sonra əbədi və əzəli torpaqlarımızın işğaldan azad olunmasından ilhamlanaraq bir rəssam kimi "Zəfərin Mübarək, Azərbaycan!" adlı əsərimi yaradıb.
Yaradıcılığında əsasən təbiət, natürmort, portret, dekorativ variantda, qrafika, İçərişəhər motivlərində əsərlər əsas yerlər tutur.
Milli motivdə işləməyi çox sevir. Onların bəzilərini sizə təqdim edirik:
-"Bağımızın narı" (natürmort)
-"Qədim xalça üzərində narlar" (natürmort)
-"İpək parça üzərində armudlar" (natürmort)
-"Panorama-Bakı"
-"Şehli qızılgüllər"
-"Nərgiz güllər"
-Qədim mis-gümüş qablar
-Qədim əşyalar
-"Yasəmən gülləri və kəlağayı"
Azərbaycan təbiəti:
-"Şəlalə-təbiət gözəli"
Dəzgah qrafikası janrında:
-"Qadınlar"
-"Mələk"
-20 Yanvar faciəsinə həsr olunmuş "Ölümsüzlük"
-"Tənhalıq"
-"Aşiqlər"
Dekorativ janrda:
-"Ay nənə bir nağıl de"
-"Milli geyimdə xanəndə qız"
-"Bakı qoçusu"
-"Xalça toxuyan qız"

Hal-hazırda pedaqoji fəaliyyətini  1 nömrəli UGİM-nin Təsviri-sənət Qalereyasında rəssam-müəllim kimi davam etdirir.
Biz də Elanura xanıma gələcək fəaliyyətində uğurlar arzulayırıq.

Sosial.tv
Aygün Oqtay




























DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top