Xızıda baş verən yanğının səbəbləri açıqlanıb-RƏSMİ

BÖLGƏ 24 sen 2022, 20:52 120
Sosial.tv FHN və ETSN-nin birgə verdiyi məlumata əsasən bildirir ki,  Xızı rayonu, Yuxarı Əngilan kəndinin yaxınlığından başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçmişdir. 
Məlum olub ki, aparılan ilkin araşdırmaların nəticəsi olaraq yanğının ərazidə ocaq qalanması nəticəsində başladığı ehtimal edilir.
 
ETSN və FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilmiş ocaq yerinə baxış keçirilib, ərazidən fotolar çəkilib, şahidlərin izahatları alınıb.
 
Hazırda hadisə yerindən tərtib edilmiş müvafiq sənədlər, dəlil və sübutlar əsasında təhqiqat işləri davam etdirilir.
 
Yanğına səbəb olmuş şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top