"Rosselxoznadzor" iki pendir istehsalçısı ile bağlı AQTA-ya müraciət edib

ARAŞDIRMA 13 okt 2021, 10:38 284

Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinə müraciət edib.

“sosial.tv” “Rosselxoznadzor”a istinadən xəbər verir.

Məlumata görə, müraciət Azərbaycandan Rusiyaya pendir ixrac etmək istəyən iki şirkət barədədir. “Rosselxoznadzor”un mütəxəssisləri həmin şirkətlərin Polşa və Litvaya məxsus pendir brendlərinin adı altında məhsul istehsal etməsindən, həmin pendirləri öz məhsulları kimi təqdim etməsindən şübhələnir. Buna görə, AQTA-dan müəssisələrin istehsal imkanları barədə araşdırma aparılması xahiş edilib. Azərbaycan tərəfi isə lazımi tədbirlərin görüləcəyini bildirib, yoxlama üçün Rusiyalı mütəxəssisləri ölkəyə dəvət edib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top