Dünya əhalisi say artımına görə təhlükəli sona yaxınlaşır

ARAŞDIRMA 22 mar 2024, 16:10 321
“The Lancet”in araşdırmasına görə, “Qara ölüm” adlanan vəba epidemiyasından sonra ilk dəfə doğum nisbətlərinin azalması səbəbindən dünya əhalisinin azalması gözlənilir.
Dünya aşağı məhsuldar gələcəyə yaxınlaşır.
Sosial.tv Sputnik Türkiye-yə istinadla xəbər verir ki, 2100-cü ilə qədər ölkələrin 97 faizindən çoxunda doğuş nisbətləri zamanla əhalinin sayını saxlamaq üçün lazım olandan aşağı olacaq. Qərbi və Şərqi Səhra Afrika başda olmaqla bir çox aşağı gəlirli ölkələrdə isə yüksək doğum nisbəti əhalinin artımını təmin edəcək.
Mütəxəssislər deyirlər ki, qlobal doğuş nisbətləri tarixi qırılma nöqtəsinə çatıb və onun bərpa olunma ehtimalı azdır. Bildirilir ki, doğum nisbətinin azalması əhali artımını ləngidə bilər və dünya əhalisi onilliklər ərzində azalmağa başlayacaq.
Bu, 1300-cü illlərin ortalarında Avropa əhalisinin üçdə biri də daxil olmaqla 50 milyona yaxın insanın ölümünə səbəb olan və tarixə “Qara ölüm” kimi keçən vəba epidemiyasından sonra dünyada ilk dəfə olaraq insanların sayının azalması deməkdir. 
Taun epidemiyasının dünyada insan sayının azaldığı yeganə dövr olduğunu bildirən tədqiqatçılar, dünya əhalisinin təxminən 400 milyondan 350 milyona düşdüyünü təxmin edirlər.
“Ümumi artım nisbəti” olaraq bilinən əhali artımını qorumaq üçün qadınların hər birinin orta hesabla 2,1 uşaq dünyaya gətirməsi lazımdır və 2021-ci ilə qədər bu nisbət dünya üzrə 2,23 olaraq təyin edilib. Bununla belə, ekspertlər 1950-ci ildə 4,84 olan bu nisbətin daimi eniş trendində olduğunu və 2050-ci ildə 1,83, 2100-cü ildə isə 1,59 səviyyəsinə düşəcəyini proqnozlaşdırırlar.
Bildirilir ki, bu, 2050-ci ildə 204 ölkədən 155-də doğum səviyyəsinin əhalinin sayını saxlamaq üçün tələb olunandan aşağı olacağı halda, 2100-cü ilə qədər bu göstəricinin 198 ölkəni və ya əhalinin sayına görə dünyanın 97 faizini əhatə edəcək. Hər iki körpədən biri Səharaaltı Afrikada doğulacaq.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top