"Qayınana" filmində Cənnət xalanın evindəki mebel satışa çıxarıldı

KİNO 22 fev 2024, 22:06 224
"Qayınana" filmində Cənnət xalanın evindəki mebel satışa çıxarılıb.
 
SOSİAL TV iqtisadiyyat.az-a istinadən xəbər verir ki, satışla bağlı elan saytlarının biri məlumat yayıb.
 
Belə ki, filmdə yer alan mebel 2500 manata təklif olunur. Məlumatda mebelin təmirə ehtiyacı olduğu bildirilib.
 
Qeyd edək ki, "Qayınana" filmi 1978-ci ildə çəkilib. Filmdə Cənnət xalanın yaşadığı ev kinostudiyanın ən böyük pavilyonlarından birində qurulub. Ümumilikdə, ekran əsərinin əksər epizodları kinostudiyanın pavilyonunda çəkilib. Filmin digər epizodları isə Nardaranda, İçərişəhərdə və dəniz sahilində lentə alınıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top