“Şuşa Şərq və Qərbi birləşdirən mədəniyyət məkanıdır”

KİNO 11 noy 2022, 13:07 112
 Mədəniyyət Nazirliyinin məlumatına əsasən İsveçli rejissorun çəkdiyi "Xarıbülbül əfsanəsi" filmi nümayiş olunub. Filmdə görkəmli elm və mədəniyyət xadimlərinin Qarabağ və onun tacı Şuşa haqqında fikirləri, həmçinin tarixi şəxsiyyətlər barədə kadrlar yer alıb. Qərb alimlərinin Şərq mədəniyyəti, Azərbaycan ədəbiyyatı, musiqisi, muğam sənəti və əsrarəngiz təbiəti ilə bağlı düşüncələri də filmin əsas xəttini təşkil edir.
 Rejissor Mikael Silkeberq çıxışında Azərbaycanda olmağından məmnunluğunu ifadə etdi, ölkəmizi Şərqlə Qərbin kəsişdiyi mədəniyyət ocağı, Bakını Şərqin Parisi adlandırdı. “Şuşa Şərq və Qərbi birləşdirən mədəniyyət məkanıdır” deyən rejissor filmin ərsəyə gəlməsinə dəstək olanlara və təqdimata qatılanlara minnətdarlığını bildirdi.
Mədəniyyət Nazirliyi 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top