Yerli filimlərmizdən daha biri nümayiş etdirilib

KİNO 01 noy 2022, 13:38 121
  Yerli filimlərmizdən daha biri "Hozu Cangüdən" nümayiş etdirilib. 
  Sosial.tv Bugün.tv-ə istinadən xəbər verir ki, oktyabrın 31-i Park Cinema Flame Towers kinoteatrında "Hozu Cangüdən" filminin qala gecəsi keçirilib. 
 Gecədə filmin aktyor və yaradıcı heyəti jurnalistlərin qarşısına keçərək film haqqında açıqlama verib. Baş rollarını aktyor Məcid Hüseynov və aktrisa Kamilə Babayevanım paylaşdığı ekran əsərində əməkdar artist Elza Seyidcahan da rol alıb.
 Aktyor M.Hüseynov filmlə bağlı fikirlərini bizimlə bölüşüb: "Bu film hər kəs üçündür. Biz ümid edirik "Hozu Cangüdən" hər kəs də yaxşı xatirələr və ancaq təbəssüm yaradacaq. Hər kəsi noyabrın 1-dən Park Cinema-da "Hozu Cangüdən" filmini izləməyə dəvət edirik"
 Tamaşaçılar filmi Park Cinema kinoteatrının Park Bulvar, Metro Park, Alov Qüllələri, Aygün Mall və Zagulba Mall filiallarında izləyə bilərlər.
  Qeyd edilib ki, hazırda Park Cinema kinoteatrlar şəbəkəsində hər gün saat 17:00-dək 50% endirim kampaniyası davam edir və "Hozu Cangüdən" filmini izləmək istəyənlər biletləri xüsusi endirimlə əldə edə bilərlər. Həmçinin hər həftənin çərşənbə axşamı günü Park Cinema-da bütün filmlər cəmi 3 AZN-dən satışdadır. Biletləri parkcinema.az saytından əldə edə bilərsiniz.
 
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
20 aprel 01:23
Top