Şəhid kapitan Əsəd Həsənova həsr edilən sənədli filmin nümayişi keçirilib

KİNO 07 noy 2022, 16:30 114
   “Vəsiyyət” sənədli filminin təqdimat mərasimi keçirilib. 25 dəqiqəni əhatə edən sənədli film şəhid Əsəd Həsənovun Vətən müharibəsi zamanı döyüşdüyü səngərdə, keçmiş cəbhənin Ağdam istiqamətində lentə alınıb.
   Sosial.tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, “CinemaPlus 28 Mall” kinoteatrında baş tutan təqdimat mərasimində şəhidin ailə üzvləri, ictimaiyyət və media nümayəndələri iştirak edib.
   Vasif Qurbanzadənin aparıcılığı ilə baş tutan tədbir torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik anması ilə başlanıb. Daha sonra Azərbaycan Dövlət Himni səslənləndirilib. 
   Ardınca çıxış üçün söz şəhidin valideynlərinə - atası Fərhad Həsənov və anası Mələk Həsənovaya verilib. Onlar qəhrəman şəhidin həyatından, döyüş yolundan bəhs edib. Milli Məclisin sədr müavini, millət vəkili Adil Əliyev də çıxışçılar arasında olub. Millət vəkili çıxışında Azərbaycan ordusunun Vətən müharibəsində qazandığı şanlı qələbədən, qəhrəman oğulların bu zəfərdə rolundan bəhs edib. 
  Çıxışlardan sonra sənədli film nümayiş olunub.
Qeyd edək ki, “Palmali Holding”in baş sponsorluğu ilə lentə alınan “Vəsiyyət” sənədli filminin ssenari müəllifi “Qafqazinfo.az” saytının əməkdaşları Emin Səfərov, rejissoru isə  Pərvin Zeynaldır. Film qarşıdakı günlərdə internet resurslarında izləyicilərə təqdim olunacaq.
 

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top