Əri tərəfindən döyülən qadının 5 qabırğası sındı

KRİMİNAL 05 yan 2022, 09:19 367

Bakıda ağır xəsarətlə nəticələnən döyülmə hadisəsi baş verib.

 

Jia.az-ın məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb.

 

Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən döyülən 1975-ci il təvəllüdlü Əliyeva Xatirə İbrahim qızı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

 

Müayinə zamanı ona sol tərəfli 5 ədəd qabırğanın sınığı və döş qəfəsin küt travması diaqnozları qoyulub.

 

Polis hadisənin təfərrüatını araşdırır.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top