Bakıda 15 yaşlı oğlan həmyaşıdını niyə öldürmək istəyib?

KRİMİNAL 24 apr 2024, 16:47 174

Bakıda bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 15 yaşlı Səmədin (ad etdi verilib - red.) məhkəməsi başlayıb.
Teleqrar.com xəbər verir ki, cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə baxılır.
İttihama görə, hadisə bir müddət əvvəl Sabunçu rayonu ərazisində baş verib. Peşə liseyində təhsil alan yeniyetmə müttəhimin dostu ilə elektron siqaretə görə dava edib. Təqsirləndirilən şəxs özünə məxsus elektron siqareti bir neçə dəfə istifadə üçün zərərçəkmiş həmyaşıdı Orxanna verib. Qarşı tərəf isə siqareti geri qaytarmayıb. Bu vaxt Səməd əsəbləşərək üzərindəki bıçaqla Orxana xəsarət yetirib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən ilk prosesdə təqsirləndirilən şəxsin vəkili müvəkkilinin ev dustaqlığına buraxılmasını xahiş edib. Vəkil deyib ki, müttəhimin yaşı azdır, əməlini dərk etmir. Həmçinin qanuni nümayəndəsi kimi tanınmış anasının iki azyaşlı övladı var. Ərindən ayrılandan sonra böyük oğlu da tutulduğuna görə onlara baxmaqda çətinlik çəkir.
Hakimlər həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini uyğun hesab etməyiblər. Cinayət işi məhkəmə baxışına verilib.
Qeyd edək ki, təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 29 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 9 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Qanuna görə yetkinlik yaşına çatmayan şəxsə 10 ildən artıq həbs cəzası verilə bilməz.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top