Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi axtarır

KİNO 15 okt 2021, 14:15 283

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı balet truppasına işçi qəbulu ilə bağlı müsabiqə elan edib.

Teatrdan "sosial.tv"a verilən məlumata görə, xoreoqrafiya sənəti sahəsində çalışan ixtisas təhsilli 18 yaşından yuxarı şəxslər müsabiqədə iştirak edə bilər.

Aşağıdakı sənədlərin qəbulu 2021-ci il dekabrın 1-dək davam edəcək:

- Şəxsiyyət vəsiqəsinin surəti

- Təhsil haqqında sənədin surəti (və ya təhsil aldığı ali məktəbdən arayış)

- Əmək kitabçasının surəti

- Tərcümeyi-hal

- Yaradıcılıq xasiyyətnaməsi (köhnə iş yerindən)

- 2 fotoşəkil (3x4)

- Fəxri ad və ya yaradıcılıq müsabiqələrində alınan diplomların və fəxri fərmanların surətləri

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top