Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün 10 milyon manat ayrılıb - PREZİDENTDƏN SƏRƏNCAM

ELM VƏ TƏHSİL 15 fev 2024, 16:50 170

Prezident İlham Əliyev “Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün maliyyə vəsaiti ayrılması haqqında” Sərəncam imzalayıb.

SOSİAL TV
 xəbər verir ki, Sərəncama əsasən, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyi göstərilməsi üçün Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top