Kollec direktoru işdən çıxarıldı

ELM VƏ TƏHSİL 08 apr 2024, 10:24 446

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən növbəti monitorinq keçirilib. 
Bu barədə Axar.az-a Agentlikdən məlumat verilib. 
Bildirilib ki, martın 29-da Agentliyin nümayəndələri Tovuz Dövlət Sosial-İqtisadi Kollecində olublar. Monitorinq zamanı tədris sənədlərinə baxış keçirilərək müvafiq təhlillər aparılıb. 
Nəticədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin 4 aprel 2024-cü il tarixli əmri ilə Kollecin direktoru Rizvan Qənbərovla bağlanmış əmək müqaviləsinə xitam verilib.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top