“PASHA Holding”in təqaüd dəstəyi ilə “Holberton School Azerbaijan”ın yeni dalğasına qeydiyyat başladı

ELM VƏ TƏHSİL 17 apr 2024, 14:12 76
“PASHA Holding”in təqaüd dəstəyi ilə “Holberton School Azerbaijan”ın yeni dalğasına qeydiyyat başladı.
İKT sahəsində ölkəmizdə fəaliyyət göstərən yeganə qlobal, ABŞ-nın Silikon Vadisi əsaslı təhsilinə yiyələnmək istəyənlər “Holberton School”un fürsətlərindən yararlana bilər. 
Qlobal təcrübəyə malik, 33 tədris müəssisəsi ilə 20 ölkədə mövcud olan “Holberton School”un unikal “peer-to-peer” metodologiyası ilə tələbələr proqramlaşdırma və proqram təminatını öyrədərək öyrənəcəklər.  
9 ay davam edəcək təlimlərdə iyun kohortuna qəbul olacaq namizədlər “Fundamentals in Computer Science” və ya “Full Stack Web Development ” proqramlaşdırma üzrə təhsil alacaqlar. 
3 mərhələli onlayn seçim prosesini uğurla bitirən ilk 60 namizəd təlimlərdə iştirak hüququ qazanacaq. 
10 may tarixinə kimi müraciət edənlər isə ümumi kurs məbləğinin 80% təqaüdündən yararlanaraq yerli və qlobal bazarda tanınan "Holberton School" sertifikatına sahib olmaq şansı əldə edəcəklər.
Elə indi qeydiyyatdan keçin və unikal fürsəti qaçırmayın!
 Müraciət üçün son tarix: 31 may, 2024-cü il
 Qeydiyyat üçün: https://www.holbertonschool.com/apply

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top