Hərbçilər qəzaya uğrayıb, ölən və xəsarət alanlar var

ORDU 21 noy 2022, 18:11 107
 Sosial.tv  Oxu.az saytına istinadən xəbər verir ki, Cəbrayıl rayonunda Dövlət Sərhəd Xidmətinin hərbçiləri qəzaya düşüblər, ölən və xəsarət alanlar var.
Sorğusuna cavab olaraq, DSX-nin Mətbuat Xidmətindən bildirilib ki, hadisə bu gün Cəbrayıl rayonunun Şükürbəyli kəndində baş verib. 
Şükürbəyli kəndində xidmətə məxsus UAZ markalı avtomobil hərəkətdə olarkən “Shacman” markalı yük avtomobili onun hərəkət zolağına çıxıb və qəza baş verib. Qəza nəticəsində bir neçə hərbçi xəsarət alıb.
DSX-nin hərbi qulluqçusu, baş çavuş Elmir Abbasov xəstəxanada həkimlərin müdaxiləsinə baxmayaraq, dünyasını dəyişib.
Digər yaralıların müayinə və müalicəsi davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Loading
XƏBƏR LENTİ
Top